Ru
16:19 / 23 Noyabr 2022

İran-İsrail müharibəsi başlayır? - İlk zərbələr - Yenilənib-VİDEO

54870
Yerusəlimdə baş verən iki terror aktı nəticəsində 1 nəfər ölüb, yaralananların sayı isə 20-nəfərə çatıb.

Bakupost.az “Jerusalem Post”a istinadla xəbər verir ki, bu gün səhər saatlarında Qüdsün mərkəzində avtobus dayanacağı yaxınlığında baş verən partlayış nəticəsində 7 nəfər xəsarət alıb.

Bundan sonra sərnişin avtobusunda daha bir partlayış qeydə alınıb.

Qeyd olunur ki, partlayışlara səbəb naməlum şəxslər tərəfindən çantalara yerləşdirilmiş partlayıcı qurğular olub.


Günel
BakuPost



***
11:44


Dünən Dəməşqdə İsrail xüsusi xidmət orqanları SEPAH Hərbi Hava Qüvvələrinin zabiti Davud Cəfərini məhv edib.

Bakupost.az xəbər verir ki, SEPAH bu barədə bu gün səhər saatlarında məlumat yayıb. SEPAH-ın açıqlamasında İsrail tərəfinin bu addımının cavabsız qalmayacağı bildirilib.

İsrail mətbuatının yaydığı xəbərə görə, bu səhər Qüdsdə iki terror aktı həyata keçirilib. Nəticədə 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

İran tərəfindən maliyyələşdirilən Fələstinin "İslam cihadı" terror təşkilatının sözçüsü Davud Şihab bu “qəhrəmanlıq hərəkəti”ni alqışlayıb. O, bu addımın “düşmən İsrail üçün siqnal” məqsədi daşıdığını bildirib.





Zaur
BakuPost
Şərhlər
  • Şahin Məmmədov

    İranın - ilanın şiyeliye aidiyyəti yoxdur.Azərbaycanın şie əhalisini qıran ,məcsidində donuz saxlayan ermeniye silah verən də farsdır.Azərbaycan şieleri bunu bilməlidirlər.Bu manipulyasiyalar artıq kecmir. Fələstin də Qarabağ müharibəsində ermenilerin tərəfini saxladı. Lənət olsun hamısına.İsrail ise etibarlı bir müttəfiq olduğunu daima subut edib.

  • Ramin

    Iran tecili vurulmalidir, Israil ve Amerika Irani eninde sonunda vuracaq, en muasir silahlar ise dusecek, insallah Iran yer uzunden siliner Cenubi Azerbacan dovleti yaranar.

  • Günül-ə Nə

    Nə Qüds,nə Dəməşq İran ərazisi deyil.Bəs başlığın yazınızla əlaqəsi? Başlıq yazının mətninə utğun olmalı deyil? Yaxçı olardı ərazilələ əlaqədar başlıq yazardınız.Partlayışlar olan ölkələrdə zərər çəkən tərəf kimi yazardınız. Belə mətnə uyğun olmayan yazılar saytı baxımsız edir.

  • Sm

    Onlarin ozune psixoloji komek lazimdir. Axi bu millet niye bele tehsilsiz ve gorgusuzdu ki anlamir ki psixologiya hec elm de deyil.

  • Neriman Seyfeli.

    Teki oz musteqil siyaseti olsun, gelecekde Azerbaycanda amerikanin siyasetini icra etmesin, onda alqishlansin!

  • t.ədalət

    Belə yerdə fars "şiəliyi"ndənsə yəhudi olmaq daha xeyirlidir.Güneyli qardaş-bacılarımızın xilası da yəhudilərin əli ilə olacaq.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər