Ru
18:18 / 20 İyul 2025

İran və Rusiya hərbi dəniz qüvvələri Xəzərdə təlim keçirəcək

İran və Rusiya hərbi dəniz qüvvələri Xəzərdə təlim keçirəcək
Eye

İyulun 21-də Xəzər dənizində İran və Rusiya arasında "CASAREX2025" adlı birgə dəniz axtarış və xilasetmə təlimi keçiriləcək.

Bakupost.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı "Təsnim Nyus"a istinadla məlumat yayıb.

Məlumata görə, üç gün davam edəcək təlimdə İran ordusu, SEPAH, Polis Komandanlığı və Rusiya Hərbi Dəniz Qüvvələri iştirak edəcəklər.

Təlim "Təhlükəsiz Xəzər dənizi naminə" şüarı ilə təşkil olunur və bu təlimə digər Xəzəryanı ölkələr müşahidəçi qismində qatılacaqlar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar