İran İraqa qaz tədarükünü tam dayandırıb.
Bakupost.Az xəbər verir ki, bu barədə İraqın Elektrik Enerjisi Nazirliyinin sözçüsü Əhməd Musa INA agentliyinə bildirib.
Onun sözlərinə görə, martın 18-də İran elektrik stansiyalarında istifadə olunan qazın İraqa ixracını regiondakı hərbi əməliyyatlarla əlaqədar olaraq tam dayandırıb.
"Regionda gərginliyin artmasının nəticəsi olaraq, İran qazının İraqa tədarükü təxminən bir saat əvvəl tam dayandırılıb. Bu isə təxminən 3 100 meqavat elektrik enerjisinin itirilməsinə səbəb olub", - deyə Musa qeyd edib.
O əlavə edib ki, yaranmış vəziyyəti kompensasiya etmək üçün nazirlik neft nazirliyi ilə koordinasiyanı gücləndirmək və alternativ yanacaq növləri, eləcə də daxili qaz ehtiyatlarından istifadə etmək barədə göstəriş verib.