Ru
20:04 / 18 Mart 2026

Bakıda "xruşovka"ların hamısı söküləcək?

Bakıda "xruşovka"ların hamısı söküləcək?
Eye

Paytaxtdakı "xruşovka"ların dəqiq statistikası aparılmayıb, lakin təqribi hesablamalara görə 4 minə yaxın belə tikili mövcuddur".

Bakupost.ax xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə bu tikililərdən təqribən 1 500-ə yaxını söküləcək:

"Təbii ki, bütün "xruşovka"lar bir anda sökülməyəcək, iş mərhələli şəkildə həyata keçiriləcək. Söküntü layihələri adətən tikililərin tipi ilə deyil, istismar müddəti və mərtəbə sayı əsasında qruplaşdırılır.

"Xruşovka"lar bazarda hələ uzun müddət alqı-satqı predmetləri olaraq qalacaq. Hazırda bazarda bu binaların qiymətləri digər tikililərə nisbətən yüksəkdir və söküldükdən sonra onların yerində inşa olunacaq yeni tikililər qiymət baxımından daha çox olacaq.

Ən çox bu tip binalar Yasamal, Nəsimi, Xətai rayonlarında, qismən isə Nərimanov rayonunda yerləşir. Burada yerləşən ərazilər mərkəzi və infrastrukturu inkişaf etmiş bölgələr olduğu üçün söküntü və yenidənqurma işləri əhəmiyyətlidir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar