Ru
20:23 / 18 Mart 2026

Onlar Prezidentin ailəsini hədəf aldı: Məqsəd nədir? - Deputat açıqladı

Onlar Prezidentin ailəsini hədəf aldı: Məqsəd nədir? - Deputat açıqladı
Eye

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin ailəsinə qarşı aparılan böhtan xarakterli kampaniya ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi açılıb. Əməliyyat nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb. O, istintaqa ifadəsində cinayəti törətdiyini etiraf edib.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezidentin ailəsinə qarşı aparılan çirkin şər kampaniyasının dövlətimizə qarşı çıxan xarici dairələrin ölkəmizdə çevriliş etmək cəhdinin tərkib hissisi olduğunu söyləyib.

“Əksini tapan bu məlumat və materiallar göstərir ki, ortada təxribatla məşğul olan böyük bir şəbəkə var. Onlar təəssüf ki, hətta cənab Prezidentin ailəsini belə hədəfə almaqdan çəkinmirlər. Bununla da onlar Azərbaycandakı proseslərə təsir göstərmək istəyirlər”.

Deputatın sözlərinə görə, bu çirkin kampaniyada birmənalı olaraq xarici qüvvələrin də rolu vardır:
“Çünki Azərbaycanı sevməyən müxtəlif dairələr belə məsələlərdə maraqlıdır. Məsələ diqqətlə araşdırılsa, bu şantaj prosesinin məqsədli bir fəaliyyət, strategiya olduğunu görə bilərik”.

Deputat bildirir ki, həmin şantaj kampaniyası bir-iki nəfərin məhsulu deyil:

“Burada şəbəkələşmiş fəaliyyət və addımdan söhbət gedir ki, bu da əvvəlcədən düşünülmüş, planlaşdırılmış prosesdir. Azərbaycan hüquq-mühafizə orqanları ciddi formada məsələni araşdırmaqla məşğuldur. Əminik ki bu məsələ mütləq şəkildə öz həllini tapacaq və bütün günahkarlar məsuliyyətə cəlb olunacaqlar”.
Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar