Ru
16:51 / 22 İyul 2024

İran və Rusiya Xəzərdə hərbi təlimə başladı - FOTO

İran və Rusiya Xəzərdə hərbi təlimə başladı -  FOTO
Eye

İran Xəzər dənizində “Xilasetmə və Dəniz Təhlükəsizliyi Təlimi 2024” adı altında hərbi təlimlərə başlayıb. Təlimə Hərbi Dəniz və Hava Qüvvələri cəlb edilib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, İran və Rusiya hərbi gəmilərinin iştirak etdiyi təlim İranın Xəzər dənizindəki ərazilərində keçirilir.

İranlı kapitan Abbas Həsəni təlimdə donanma gəmiləri, hərbi-dəniz təyyarələri, o cümlədən “Dərəfş”, “Separ” və “Paykan” idarə olunan raket esminesləri, iki AB-212 helikopteri, İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələrinə məxsus “Şəhid Bəsir” gəmisinin iştirak edəcəyini bildirib.

Bundan başqa, Rusiyanın SB-45 gəmisi bu yaxınlarda İranın ərazi sularına daxil olub və təlimdə iştirak edəcək.

Həsəni bildirib ki, Xəzər dənizi ilə həmsərhəd dövlətlərin nümayəndələri dəniz təlimində müşahidəçi qismində iştirak edirlər. O, həmçinin təlimin birinci mərhələsində - bazar ertəsi günü İran və
Rusiya hərbi dəniz qüvvələrinin əvvəlcədən hazırlanmış ssenari çərçivəsində ticarət gəmisində baş verən yanğının söndürülməsi, təhlükədə olan insanların xilas edilməsi və nəticələrinin aradan qaldırılması üzrə təcrübə keçdiyini bildirib.




Vasif
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar