İsrailin məktəbə hücumu zamanı 150-160 qızımız həlak olub və bu, böyük cinayətdir.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.
***
19:25
“Fars”ın teleqramda yaydığı məlumata görə, Minab şəhərində yerləşən qızlar məktəbinə edilən hücum nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.
Bildirilir ki, hadisə nəticəsində təxminən 70 nəfər həyatını itirib, 90 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
***
İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.
Hadisə zamanı ölən şagirdlərin sayı 57 nəfərə çatıb.
Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.
***
İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Hadisə zamanı ölən şagirdlərin sayı 51-ə çatıb, 60 nəfər isə yaralanıb.
***
İranda Miyanab bölgəsində qızlar məktəbində ölən şagirdlərin sayı 40-a çatıb.
Məlumatı İran mediası yayıb.
Bildirilib ki, hadisə nəticəsində 48 nəfər xəsarət alıb.
***
15:47
İsrail ordusunun Miyanabda qızlar məktəbinə hücum nəticəsində 24 nəfər həlak olub.