BMT-nin İnsan Haqları Şurası Cenevrədə keçirilən xüsusi iclasda İranda etirazlar zamanı insan haqları pozuntularını araşdırmaq üçün beynəlxalq missiyanın yaradılmasını nəzərdə tutan qətnamə qəbul edib.
Bakupost.az xəbər verir ki, qətnamə Şurada təmsil olunan 47 nümayəndə heyətindən 25-i tərəfindən təsdiqlənib.
ABŞ və digər Qərb dövlətləri tərəfindən fəal şəkildə irəli sürülən qətnamənin əleyhinə 6 ölkə səs verib.
Ermənistan, Çin və Kuba bu ölkələr arasındadır. 16 dövlət isə səsvermədə bitərəf qalıb.
Qətnamədə bildirilir ki, Şura müstəqil faktaraşdırıcı missiya yaratmaq qərarına gəlib. Onun vəzifəsi 2022-ci il sentyabrın 16-da başlayan etirazlarla bağlı İran İslam Respublikasında insan hüquqlarının pozulması ilə bağlı iddiaları hərtərəfli və müstəqil şəkildə araşdıracaq.
Missiya mümkün pozuntularla bağlı faktları və şəraiti müəyyən etməli, habelə sübutları toplamalı və təhlil etməlidir.
Missiya üzvlərini İnsan Hüquqları Şurasının sədri təyin edəcək. Araşdırmaların ilkin nəticələri İnsan Haqları Şurasının 2023-cü ilin yayında keçiriləcək 53-cü sessiyasında açıqlanacaq.
Aynur
BakuPost