Ru
14:14 / 10 Mart 2026

İrandakı azərbaycanlılara humanitar dəstək - Ümid yerindən yardım göndərildi

İrandakı azərbaycanlılara humanitar dəstək -  Ümid yerindən yardım göndərildi
Eye

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanması məqsədilə İrana humanitar yardım göndərilib.

Bakupost.az xəbər verir ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimat daxildir.

Yardımın İranda müharibə şəraitindən əziyyət çəkən mülki əhaliyə, xüsusilə də həmin ölkədə yaşayan azərbaycanlıların ehtiyaclarının qarşılanmasına dəstək məqsədi daşıdığı bildirilir.

Qeyd edək ki, Azərbaycan qonşu dövlətlərə həm təbii fəlakətlər, həm də müharibə ilə bağlı vəziyyətlərdə dəfələrlə humanitar yardım göstərib. İranla bağlı məsələlərdə isə xüsusi həssaslıq nümayiş etdirilir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, İranda yaşayan milyonlarla azərbaycanlının taleyi Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.

Prezident 2026-cı il martın 5-də Təhlükəsizlik Şurasının iclasında bu mövzuya toxunaraq bildirib: “Bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir.”

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar