Ru
20:43 / 16 İyul 2025

İranın Pakistandakı səfiri casus ELAN EDİLDİ

İranın Pakistandakı səfiri casus ELAN EDİLDİ
Eye

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) İranın Pakistandakı səfiri Reza Amiri Moghaddama qarşı sensasion addım atıb.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, FTB rəsmi Tehran nümayəndəsini təşkilatın “ən çox axtarılan şəxslər” siyahısına daxil edib.

Daha da maraqlısı odur ki, səfir siyahıda sadəcə diplomatik statusuna görə deyil, birbaşa İran kəşfiyyatının əməkdaşı kimi göstərilib.

Məlumatda bildirilir ki, Reza Amiri Moghaddam ABŞ Federal Təhqiqat Bürosu (FTB) tərəfindən dindirilmək məqsədilə axtarışa verilib. O, təqaüddə olan FTB xüsusi agenti Robert A. Levinsonun oğurlanması, saxlanması və böyük ehtimalla ölümündə iştirak etməkdə, həmçinin İranın məsuliyyətini gizlətmək cəhdlərində rol almaqda ittiham olunur.

Qeyd olunub ki, Levinson 2007-ci il martın 8-də İranın Kiş adasına səfər etmiş və ertəsi gün itkin düşmüşdü. Həmin vaxtdan etibarən onunla bağlı ictimaiyyətə heç bir məlumat verilməyib. 2010 və 2011-ci illərdə Levinsonun girovluqda olduğunu göstərən video və fotolar əldə olunub.

2025-ci ilin mart ayında ABŞ Maliyyə Nazirliyi Reza Amiri Moghaddam və digər şəxsləri Levinsonun oğurlanması, saxlanması və ehtimal olunan ölümündə iştiraklarına görə sanksiya siyahısına daxil edib.

FTB hazırda Levinsonun oğurlanmasında əli olan digər iranlı rəsmiləri müəyyənləşdirmək üçün istintaqı davam etdirir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar