Ru
14:23 / 30 Mart 2023

İranlı ekspert azərbaycanlı jurnalisti hədələdi - FOTO

İranlı ekspert azərbaycanlı jurnalisti hədələdi -  FOTO
Eye

İranın qatı ermənipərəst və anti-Azərbaycan mövqeyi ilə fərqlənən siyasi şərhçisi Ehsan Movəhhediyan azərbaycanlı jurnalist, Baku TV-nin İctimai-Siyasi Şöbənin rəhbəri Tural Müseyibovu hədələyib.

Bakupost.az "Azad İran"a istinadən xəbər verir ki, Movəhhediyan hədə dolu mesajını şəxsi Tvitter hesabında yazıb.

“Tural Müseyibov (Baku TV-nin müxbiri) İranı korona və adeno viruslarından daha təhlükəli hesab edib. Ermənistanla dostluq və Bakı tələbələrinin Qumda təhsil almasını İranın cinayəti adlandırıb. O, bu viruslara qarşı peyvəndin tapılmasına çağırış edib. İranın bütün bunlara qarşı peyvəndi var, istəsən, gəl sənə vuraq!”, - deyə Movəhhediyan təhdid yağdırıb.




Zaur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar