Ru
14:17 / 26 Noyabr 2026

İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirilib

İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirilib
Eye

Qarabağ və Şərqi Zəngəzurda əhalinin məşğulluğunun təminatında əmək yarmarkaları əhəmiyyətli rola malikdir.

"Bakupost" xəbər verir ki, ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirib.

O cümlədən Laçında 12, Cəbrayılda 9, Zəngilanda 8, Xankəndidə 5, Ağdamda 4, Şuşada 3, Füzuli, Xocavənd, Kəlbəcər və Ağdərədə isə 6 əmək yarmarkası təşkil olunub.

Bu aktiv məşğulluq tədbirləri vasitəsilə işsiz və işaxtaran şəxslər yaşadıqları ərazi üzrə mövcud olan bütün vakansiyalarla bir məkanda və eyni vaxtda tanış olmaq, vakansiyalar üzrə aidiyyəti işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq və CV-lərini təqdim etmək imkanı qazanıblar. İşəgötürənlərə isə qısa müddətdə müvafiq peşə və ixtisasa malik kadrların seçimi üçün şərait yaranıb.

Eyni zamanda, Laçında peşə yarmarkası da təşkil edilib. Tədbirdə işəgötürənlər tərəfindən 40-dan çox peşə istiqaməti təqdim olunub. Bu peşələr və onlarla bağlı tədrisin həyata keçirildiyi müəssisələr barədə məlumatlar verilib, ustad dərsləri keçirilib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar