Ru
21:40 / 15 Aprel 2024

İsrail İrana hava zərbələri endirəcək - Hazırlıq başa çatdı

1047
“İran İslam Respublikasının raket hücumuna reaksiya verəcəyik”.

Bakupost.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) Baş Qərargah rəisi, general Herzi Halevi İranın hücumunda hədəf alınan Nevatim Hava Bazasından verdiyi açıqlamasında bildirib.

İsrail Müdafiə Qüvvələri “X” hesabındakı paylaşımında İranın dron və raket hücumuna qarşı əməliyyata “Dəmir Qalxan” adının verildiyini bildirib.

İsrailin “Channel 12” telekanalı isə xəbər verib ki, İsrail Hərbi Hava Qüvvələri İrana qarşı gözlənilən hücuma hazırlığını başa çatdırıb.

Xəbərdə deyilir ki, İsrailin hərbi kabineti bazar ertəsi keçirilən iclasında ABŞ ilə koordinasiyalı şəkildə İranın hücumuna “aydın və güclü” cavab vermək qərarına gəlib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər