Ru
20:57 / 27 İyul 2022

İsrail səfiri sosial şəbəkələrdə bunu paylaşanlara kitab hədiyyə edəcək - VİDEO

İsrail səfiri sosial şəbəkələrdə bunu paylaşanlara kitab hədiyyə edəcək - VİDEO
Eye

İsrailin Azərbaycandakı səfiri Corc Dik marağa səbəb olan "Təbrizin sehirli nağılları" kitabını 20 nəfərə hədiyyə edəcək.


Bakupost.az xəbər verir ki, bu barədə o, "Twitter" hesabında yazıb.


““Təbrizin sehrli nağılları” kitabını hədiyyə olaraq əldə etmək istəyərsinizmi? Kağıza “Mən Təbrizin sehrli nağıllarını sevirəm” yazın, bunu sosial media hesabınızda paylaşın və mənim adımı qeyd edin. İlk 20 nəfər kitabı hədiyyə olaraq əldə edəcək”, - deyə səfir qeyd edib.


Xatırladaq ki, ötən həftə Corc Dikin sosial şəbəkədə “Təbrizin sehirli nağılları” adlı kitabla paylaşdığı foto İran və İsrailin Bakıdakı səfirləri arasında gərginliyə səbəb olub. İran səfiri və səfirliyi öz rəsmi "Twitter" hesablarında İsrail səfirinə təhdid xarakterli cavab verib.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar