Ru
12:10 / 18 İyun 2025

İsrail tankı un almağa gələnlərə atəş açdı: 59 ölü, 200-dən çox yaralı

İsrail tankı un almağa gələnlərə atəş açdı:  59 ölü, 200-dən çox yaralı
Eye

İsrail tankları Qəzzanın cənubunda humanitar yardım almaq üçün gələn kütləyə atəş açıb. 59 nəfər həlak olub, 200-dən çox insan yaralanıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Reuters” fələstinli həkimlərə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İsrail hərbçiləri "izdiham yaxınlaşdıqdan sonra" bölgədə atışma olduğunu etiraf edib, hadisəni araşdırdıqlarını və "günahsız insanlara vurulan zərərə görə" təəssüfləndiklərini bildirib.

Şahidlərin dediyinə görə, ən azı iki mərmi atılıb.

"Birdən bizim qabağa keçməyimizə imkan verdilər,hamını topladılar, sonra mərmilər düşməyə başladı, tank mərmiləri. İnsanlar uşaqlarını yedizdirmək üçün un almağa çalışırdılar", - deyə Reuters-ə Nasser Xəstəxanasına yerləşdirilən hadisə şahidi bildirib.



Zaur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar