Ru
10:34 / 21 İyun 2022

İsrail və ABŞ-dan İrana qarşı yeni ittifaq

İsrail və ABŞ-dan İrana qarşı yeni ittifaq
Eye

İsrailin müdafiə naziri Benni Qantz ABŞ rəhbərliyi ilə Yaxın Şərq Hava Hücumundan Müdafiə İttifaqı qurduqlarını söyləyib.


Bakupost.az xəbər verir ki, hazırda mexanizmin İrandan gələn hücumları əngəllədiyi açıqlanıb.


Qantzın açıqlamasında ittifaqın mənsubu olan digər ölkələr bildirilməyib: “Son bir ildə Pentaqon və ABŞ rəhbərliyindəki tərəfdaşlarımızla hərtərəfli bir proqrama rəhbərlik edirəm. Bu proqram İsrail və bölgə ölkələri arasındakı əməkdaşlığı gücləndirəcək”.


Qeyd edək ki, İsrail 2020-ci ildə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrlə əlaqələrini normallaşdırmaq haqqında müqavilə imzalayıb.


ABŞ Prezidenti Co Bayden gələn ay ərəb ölkələrində İsraillə əlaqələri normallaşdırmağı dəstəkləyən Səudiyə Ərəbistanına da gedəcək. Baydenin Riyadda bölgədəki ərəb rəhbərlərlə bir araya gəlməsi gözlənilir.


Aynur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar