Ru
22:38 / 28 Mart 2024

İsrail vətəndaşlarına səyahət xəbərdarlığı etdi: Siyahıda Türkiyə də var

1378
İsrailin Milli Təhlükəsizlik Şurası vətəndaşlara səyahət xəbərdarlığı edib.

APA "Times of Israel"ə istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Şurası İsrail vətəndaşlarını Türkiyə, Mərakeş, İordaniya və Misirə səfərlərdən çəkinməyə çağırıb.

Milli Təhlükəsizlik Şurasının rəsmisi deyib ki, məhz bu dörd ölkə "hazırda qaçınılması lazım olan istiqamətlərdir".

Misir üçün xəbərdarlıq Pasxa bayramında səyahət edən israillilər üçün məşhur tətil yeri olan Sinay yarımadasını əhatə edir. İsrail rəsmisi bildirib ki, onun ölkəsi Misirlə sərhəd-keçid məntəqəsini bağlamağı düşünmür, lakin konkret təhdid halında bunu edəcək.

Rəsmi, həmçinin may ayında "Eurovision-2024" mahnı müsabiqəsi üçün İsveçə səfər edən israillilərə kimliklərini gizlətmək üçün səy göstərməyə çağırıb.

MTŞ-nin səyahət xəbərdarlığında qeyd olunub ki, Qəzza müharibəsinə görə qlobal cihadçı təşkilatlar tərəfindən yəhudiləri və israilliləri hədəf almaq cəhdləri artıb.

İsrail Milli Təhlükəsizlik Şurası qeyd edib ki, əsas təhdidkar qüvvələr İran və onun proksiləridir. Milli Təhlükəsizlik Şurasının xəbərdarlığında o da qeyd olunub ki, Avropa və Şimali Amerikadakı yəhudi icmaları da ifrat sağçılar üçün "əsas hədəfdir".

"Müharibənin başlanmasından beş aydan çox vaxt keçdikdən sonra israillilərə və yəhudilərə qarşı terror təhlükəsi potensialı son dərəcə yüksəkdir", xəbərdarlıqda qeyd olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər