Ru
12:16 / 17 Sentyabr 2022

İstirahət günü hava necə olacaq?

İstirahət günü hava necə olacaq?
Eye

Bakıda və Abşeron yarımadasında sentyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, cənub küləyi əsəcək.


Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti, Bakıda gecə 21-23° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.


Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz, gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 16-20° isti, gündüz 30-35° isti, dağlarda gecə 5-9° isti, gündüz 12-17° isti olacaq.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar