Ru
17:57 / 26 Yanvar 2024

İtən pişik çip sayəsində 10 ildən sonra evə qaytarıldı

6174
Stüart adlı pişik 10 ildən sonra sahibinin evinə qayıdıb.

Bakupost.az xəbər verir ki, bu barədə WGME-TV məlumat yayıb.

Məlum olub ki, Rouz Dorian 2014-cü ildə Men ştatının Portlend şəhərində yaşayarkən qara pişik alıb. Ev heyvanı tez-tez evdən qaçırmış. Sonuncu dəfə qaçanda isə geri qayıtmayıb. Bu, Dorian Nyu Yorka köçməzdən bir neçə həftə əvvəl baş verib.

Qadın başqa şəhərə köçsə də, çip lakin çip haqqında bütün sənədləri və məlumatları özündə saxlayıb. Bir neçə il sonra Dorian Menə qayıdıb və bu yaxınlarda ona sığınacaqdan zəng gəlib. Qadına deyiblər ki, bir pişik tapılıb, boynunda telefon nömrəsi var. Dorian ev heyvanının 10 ildən sonra tapıldığına inana bilməyib.

Qadının sözlərinə görə, Stüart bu müddət ərzində heç dəyişməyib. Piçiyin hekayəsini danışdıqdan sonra o, ev heyvanı saxlayanlara öz heyvanlarına mikroçip qoymağa təşviq edir. Çünki onun pişiyi yalnız bunun sayəsində tapılıb.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər