Bakının Qaradağ rayonunda boğaz iti hündür mərtəbədən ataraq heyvana qarşı rəhmsiz davranan şəxsin fotosu yayılıb.
“Bakupost”un əldə etdiyi məlumata görə, cinayəti törədən şəxs Azər Ağakişiyevdir.
Xatırladaq ki, itin hündürmərtəbəli binadan atılmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılaraq geniş rezonans doğurub. Polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev 25 sutka inzibati qaydada həbs olunub.
Qeyd edək ki, hadisə ilə bağlı danışan bəzi sakinlər həmin şəxsin narkotik maddə istifadəçi olduğunu və daha əvvəl də heyvanlara qarşı oxşar hərəkətlər etdiyini iddia ediblər.
Lalə, BakuPost