Ru
15:56 / 07 Dekabr 2022

Jurnalistlərə qarşı kobudluq sülhməramlıların missiyasına ziddir - Qulu Məhərrəmli

6335

“Azərbaycan jurnalistlərinin sülhəramlıların nəzarət etdiyi ərazilərə buraxılmaması əlbəttə ki, yeni məsələ deyil. Amma indi gedən proseslər kontekstində bir qədər təəccüblüdür”.




Bunu Bakupost.az -a Əməkdar jurnalist, professor Qulu Məhərrəmli sülhməramlıların azərbaycanlı jurnalistləri Xocalıya buraxmaması və onlarla kobud rəftarı haqda açıqlamasında deyib.

Q.Məhərrəmli qeyd edib ki, azərbaycanlı jurnalistlərin Xocalıya buraxılmaması sülhməramlıların missiyasına tamamilə ziddir:


“Hazırda Azərbaycan həmin ərazilərdə əvvəllər mövcud olmuş infrastrukturu bərpa etməyə çalışır, ekoloji layihələr də daxil olmaqla bir sıra məsələlərin həllini sürətlənidirir. Ona görə də istəsələr də, istəməsələr də, o ərazilərdə görülən işlərlə bağlı Azərbaycan mətbuatına məlumatların verilməsi zərurətə çevrilir. Bu baxımdan da hesab edirik ki, sülhməramlıların bu davranışı Azərbaycan qanunlarına, o cümlədən də onların missiyasına ziddir. Bu cür qaba rəftar dəyişdirilməlidir. Bunun üçün də sülhməramlıların komandanlığı ilə müvafiq danışıqların aparılmalı, o ərazilərə gedəcək jurnalistlərin təhlükəsizliyi təmin olunmalı, maneələr aradan qaldırılmalıdır. Mənə elə gəlir, məsələnin bu şəkil almasında sülhməramlıların rəhbərliyinin və Rusiyanın özünün ayrıca marağı var. Ona görə də Azərbaycan tərəfi bu sahədə təzyiqi artırmalıdır ki, məsələlər öz məntiqinə uyğun şəkildə həll olunsun”.




Günel

BauPost



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər