Qəbələ, Göyçay, Qobustan, Yevlax, Ağdam və Ağstafa rayonlarına prokurorlar təyin edilib.
Bakupost.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb.
Nazim Babayev Qəbələ, Ceyhun Almasov Yevlax, Səadət Rüstəmova Qobustan, Vasif Süleymanov Ağdam, Ramin Hüseynov Göyçay, Anar Cəfərov Ağstafa rayonuna prokuror təyin olunub.