Ru
12:43 / 24 Mart 2023

Kamran Həsənli telekanalları yerdən yerə vurdu - VİDEO

 Kamran Həsənli telekanalları yerdən yerə vurdu - VİDEO
Eye

Teleaparıcı Kamran Həsənli Novruz şənliklərini peşəkar səviyyədə hazırlaya bilmədikləri üçün telekanalları tənqid edib.

Bakupost.az xəbər verir ki, o, bayram proqramlarının bayağı və maraqsız olduğunu bildirib.

"Əgər irəli gedə bilmirsizsə, heç olmasa geriyə - 1967-ci ildə keçirilən Novruz şənliyimizə baxıb ordan örnək götürün. Orda milli ruh vardı. Aparıcıların səs tembrləri, gözəl diksiyaları, intonasiyaları insanı valeh edirdi. Milli adətləri yaşadırdılar. 80-cı illərdə də necə gözəl Novruz bayramları keçirildi. Bahar Qız at belində gəlirdi, Qız Qalasının başında 3 məşəl yanırdı və s".

K.Həsənli qeyd edib ki, məhz peşəkarlığın aşağı olması səbəbindən heç kim yerli telekanallara baxmaq istəmir:

"Bu xalq fəxrlə deyir ki, mən öz telekanallarımıza baxmıram. Bunu hansısa ingilisin, fransızın yanında desən, deyər ki, bəs hansı telekanallara baxırsan? Bu xalq necə baxsın axı bu televiziyaya? Biz öz televiziyamızdan utanırıq. O qədər zövqsüz, televiziyadan uzaq, qeyri-intellektual, bilgisiz insanlar yığışıb ki, telekanallara... Belə televiziya olmaz".

Əfsanə,
BakuPost



Şərhlər
  • BABA

    Tamamilə doğrudur. Lotu-potuları, avara-uvaraları gətirib doldurublar telekanalizasiyalara ,ona görə də televizoru açan kimi üfunət iyi verir.

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar