Ru
20:12 / 31 İyul 2024

Kartof istehsalında kəskin azalma: Səbəb nədir?

Kartof istehsalında kəskin azalma: Səbəb nədir?
Eye

Azərbaycanda kartof istehsalı aşağı düşüb. Belə ki, 2024-cü ilin yanvar-iyul aylarında ölkədə kartof əkin sahələri illik müqayisədə 5,5 faiz azalıb. Hesabat dövründə isə ölkədə 46 752,1 hektar ərazidə kartof əkilib. Ötən ilin eyni dövründə 49 475,5 hektar ərazidə kartof əkilmişdi. Tovuzda kartof istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 14 dəfə, Cəlilabadda 2 dəfə, Şəmkirdə 14,6 faiz azalıb.




İqtisadçı Rəşad Həsənov Bakupost.az -a açıqlamasında deyib ki, kartof istehsalının aşağı düşməsi iki istiqamətdə əsas dəyişiklik təsirləri ilə özünü biruzə verəcək.

O, ölkənin mərhələli şəkildə idxaldan asılılığının artacağını və bunun qarşılığında ödədiyi valyutanın daha çox olacağını bildirib:

“Həm qeyri-neft sektorunun ixracının artırılması, həm də ölkədə valyuta bazarının qorunması baxımından bu, arzuolunan deyil. İkincisi, bütün vətəndaşların təsirlənəcəyi məqam kartofun qiymətinin daha da bahalaşmasıdır. Kartofun qiymətində artım göstəricisi isə ölkədə mövcud olan inflyasiya ilə müqayisədə qat-qat yuxarı olur. Bu da arzuolunan deyil. Çünki istehlak səbətində kartof daha çox paya malikdir. Belə olduğu halda baha qiymətə kartof alan vətəndaşların aylıq xərcləri artır".

İqtisadçının sözlərinə görə, aztəminatlı ailələrdə bu xərc özünü sərt şəkildə göstərir:

“Yəni onların qida rasionunda və eyni zamanda aylıq istehlakında kartofun payı daha çoxdur. Burda qiymət artımlarının yüksək faizlərlə ifadə olunması son nəticədə müvafiq sosial qrupların daha böyük zərərlə üzləşməsinə gətirib çıxarmaqla, onların alıcılıq gücünü zəiflədir”.


Vasif Əlihüseyn
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar