Əlləri kresloya bağlanmış qız qorxudan qışqırır. Bu, iki qızın yanaraq öldüyü Mahaçqaladakı "Dəhşətlər evi"nin qonaqlarından biridir. Video kvest təşkilatçılarının sosial şəbəkələrindən götürülüb.
Bakupost.az "Baza"ya istinadən xəbər verir ki, tamaşa zamanı qurbanlardan birinin əlləri bağlanıb. Onun görüntülərdəki bu stulda oturduğu istisna olunmur. Kvestin aktyoru şouya alov əlavə etmək qərarına gəlib, lakin gücünü hesablamayıb. Nəticədə iki gənc qızın öldüyü, bir oğlanın isə yaralandığı yanğın başlayıb. Həmçinin, videodan aydın olur ki, kvest otağı taxta ilə bəzədilib. Buna görə də yanğın çox tez yayılıb.
Fotoda: Mədinə
Mənbələrin bildirdiyinə görə, yanğın baş verən zaman ölənlərdən biri rəfiqəsinin bağlı qollarını açmağa çalışsa da, özü də yanıb. 19 yaşlı Asiyət və 25 yaşlı Mədinə ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Qızları xilas edə bilməyiblər.
"Baza" bildiri ki, Asiyət respublika uşaq stomatoloji klinikasının baş həkiminin qızıdır.
Fotoda: Asiyət
İstintaq Komitəsi təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi açıb. “Dəhşətlər evi”nin sahibi, KVN ustası Hüseyn İbrahimovdur. Artıq müstəntiqlər onu dindirir.
Elnur
BakuPost