Ru
15:00 / 23 May 2022

Kənd müəllimi fransızcadan kitab tərcümə etdi - Səfir evinə getdi - VİDEO

Kənd müəllimi fransızcadan kitab tərcümə etdi - Səfir evinə getdi - VİDEO
Eye

Qanun nəşriyyatının direktoru Şahbaz Xuduoğlu və Fransanın Azərbaycandakı səfiri Zakari Qros Andre Moruanın "İqlimlər" əsərini tərcümə edən şəxsi ziyarət ediblər.


Bakupost.az xəbər verir ki, bu barədə naşir Ş. Xuduoğlu paylaşım edib.

O bildirib ki, tərcüməçi Biləsuvar rayonunun Bəydilli kəndində fransız dili müəllimi işləyib. Hal-hazırda təqaüdə çıxıb: “Kənd yerində belə bir mütəxəssisin olması məni çox heyrətləndirdi.

Bu gün cənab səfir Zakari Qrosla Hamarkəndə gedirik, doğulduğum kəndi görmək istəyir.

Yolüstü Bəydilli kəndinə döndük və Rəhim müəllimin evində həm onu ziyarət etdik, həm də yeni nəşr olunmuş “İqlimlər” kitabını ona hədiyyə etdik.

Bu Rəhim müəllimin özü və ailəsi üçün çox gözlənilməz və çox xoş bir sürpriz oldu - həm kitabın nəşri, həm də Fransa səfirinin gəlişi”, - deyə o bildirib.


.





Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar