Ru
15:45 / 02 Aprel 2024

Kəndlərimiz bu tarixdə qaytarılacaq - Təhlükəsizlik ekspertindən mühüm açıqlamalar - VİDEO

5705
Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Bakupost.az -a videomüsahibə verib.

O, Ermənistanın Azərbaycanla sərhədə qoşun toplaması, dünən axşam isə Naxçıvan istiqamətində atəşkəsi pozması, Azərbaycanın Qazax rayonundakı 4 kəndinin qaytarılması perspektivi, eləcə də qonşu Rusiya və Türkiyədə baş verən proseslərdən danışıb.

İ.İsmayılın fikrincə, Paşinyanın 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı çıxışlarından sonra Naxçıvanın atəşə tutulması təsadüfi deyil. Belə ki, qarşı tərəf bununla Azərbaycanı təxribata çəkmək istəyir. Lakin İ.İsmayıl hərbi əməliyyatların başlayacağını inandırcı hesab etmir. Onun fikrincə, bu ay 4 kəndin Azərbaycana qaytarılacağı da gözlənilən deyil:

"Çünki bildiyiniz kimi, ermənilər aprelin 24-nü qondarma soyqırımı günü kimi qeyd edirlər və bu ay həmin kəndlər Azərbaycana qaytarılarsa, bu, Ermənistanda geniş etiraz aksiyalarına səbəb ola bilər. Güman ki, kəndlərin qaytarılması may ayında baş tutacaq".

İ.İsmayıl müsahibədə Rusiyadakı son terror aktı, Dağıstanda İŞİD-ə qarşı əməliyyatlar, eləcə də Türkiyədə bələdiyyə seçkilərinin nəticələri ilə bağlı maraqlı fikirlər səsləndirib.

Ətraflı videoda...






Zahid
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər