Rusiyanın Sankt-Peterburq şəhərində KFC-yə gələn müştərilər sifarişi gözləməkdən yorulub və kassirlərlə dava etmək qərarına gəliblər.
Bakupost.az xəbər verir ki, bu barədə görüntüləri "Baza" Teleqram kanalı yayıb.
Görüntülərdən aydın olur ki, iki gənc Moska prospektində yerləşən restoranın işçilərinin onlar üçün yeməyi gec hazırladıqlarını zənn edib. Onlar kassaların üstündən tullanaraq restoran işçilərinə hücum ediblər. Daha bir qız isə hücuma "hava dəstəyi" verib. Belə ki, o, stolun üstündəki nimçələri kassada dayananlara atıb.
Zaur
BakuPost