Şimali Koreya lideri Kim Çen İn orta yaş böhranı səbəbindən spirtli içkilərdən çox istifadə edir.
Bakupost.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
Nəşr iddia edir ki, dövlət başçısı hər gün spirtli içki içir və mütəmadi ağlayır. Şimali Koreyalı alim Çxve Cinvuk Kim Çen İnın tezliklə 40 yaşının tamam olacağını, bu səbəbdən onun səhhəti üçün narahatlıq keçirdiyini bildirib.
"O, çox tənhadır və təzyiq altındadır", - koreyalı alim deyib.
Zaur
BakuPost