Ru
22:00 / 12 İyul 2025

Kiselyovdan Azərbaycan Mətbuat Şurasına cavab: Boş sözlər çoxluğu...

Kiselyovdan Azərbaycan Mətbuat Şurasına cavab: Boş sözlər çoxluğu...
Eye

Azərbaycan Mətbuat Şurasının "Sputnik Azərbaycan" vasitəsilə Rusiyanın ölkəmizdə “xarici siyasət təsir aləti” yaratmaq cəhdlərini ifşa edən bəyanatı Moskva dairələrini fələyindən çıxarıb.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, xüsusilə də “Rossiya Segodnya”nın baş direktoru Dmitri Kiselyov bu dəfə “nə desin, nə etməsin” moduna düşərək, mövzunu boş və küy dolu sözlərlə ört-basdır etməyə çalışıb.

Azərbaycan Mətbuat Şurasının soyuq duş effekti

Xatırladaq ki, Azərbaycan Mətbuat Şurası verdiyi son bəyanatda Sputnik Azərbaycan vasitəsilə ölkəmizdə Kremlin özünə informasiya meydanı qurmağa cəhd etdiyini, bunun isə milli media müstəqilliyimiz üçün ciddi təhlükə yaratdığını açıqlamışdı. Eyni zamanda Azərbaycanda medianın guya sıxışdırılması ilə bağlı Rusiya dairələrinin uydurduğu şablon ittihamlar da sərt formada rədd edilmişdi.

Bu bəyanat açıq şəkildə göstərdi ki, Azərbaycan heç kimin informasiya poliqonuna çevrilmək niyyətində deyil və ölkəmizin media sahəsi xaricdən idarə olunan manipulyasiya cəhdlərinə bağlanıb.

Kiselyovun “boş davul” musiqisi

Bütün bunların fonunda Dmitri Kiselyov isə RİA Novosti-yə müsahibəsində deyib:

“Bu ittihamlar boş davul kimidir. Həmkarlarımız Sputnik Azərbaycan-ın guya dağıdıcı fəaliyyətlə məşğul olduğuna dair bir dənə də fakt göstərə bilmirlər”.

Əlbəttə, Kreml təbliğat maşınının baş rejissoru kimi tanınan Kiselyovun bu sözləri Azərbaycanda istehzayla qarşılanıb. Çünki boş davulun gumbuldadığı məlumdur – içi yoxdu, səsi çoxdu. Azərbaycanın konkret arqumentlərinə qarşı ortaya tək bir dəlil qoya bilməyən Rusiya mediası, ancaq sərt ritorika ilə baş qatmağa cəhd edir.

Milli maraqlar açıq mesaj verir

Azərbaycan ictimaiyyəti və media qurumları isə bu məsələdə mövqelərini açıq ifadə edir: ölkəmizin informasiya məkanı heç bir “xarici təsir laboratoriyasının” poliqonuna çevrilməyəcək. Azərbaycan jurnalistikası da, dövlət institutları da bu cür “boş davul” səslərinə uymadan, milli təhlükəsizliyimizi qorumağa davam edəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar