Ru
09:23 / 28 Aprel 2022

Kitab çapının ƏDV-dən azad olunması gecikir - Naşirlər və yazıçılar bir araya gəldi - VİDEO

Kitab çapının ƏDV-dən azad olunması gecikir - Naşirlər və yazıçılar bir araya gəldi -  VİDEO
Eye

Kitab və digər çap məhsullarının, habelə dərsliklərin ƏDV-dən azad olunması ilə bağlı qanun layihəsinin aylar öncə qəbul olunmasına baxmayaraq hələ də bununla bağlı heç bir nəticə əldə olunmayıb.


Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Qanun nəşriyyatında naşir və yazıçıların toplantısı keçirilib.


Toplantıda Qanun nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bildirdi ki, kitabların ƏDV-dən azad olunması Prezidentin kitab sənayesinin inkişafı üçün atdığı böyük addımlardan biridir:


“Hazırda kitab nəşri böyük təhlükə altındadır. Çünki kağız gəlmir. Gətirilən kağızlar isə çox baha qiymətə gəlib çatır”.


Yazıçı Şərif Ağayar isə bu məsələnin tezliklə həllini tapmalı olduğunu vurğulayıb:


“Yazıçı kimi bu məsələdən çox narahatam. Mənə elə gəlir ki, lazım olsa, yazarlar da imza toplayıb aidiyyəti yerlərə müraciət edə bilərlər”.


Daha ətraflı REAL TV-nin materialında:






Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar