Kıvançla Serenayın "Ailə" serialı - İlk tanıtım VİDEOSU
6715
Serenay Sarıkaya və Kıvanç Tatlıtuğun baş rollarını paylaşdığı "Ailə" serialının maraqla gözlənilən ilk treyleri yayımlanıb.
Bakupost.az xəbər verir ki, ssenarisini Hakan Bonomonun yazdığı Ay Yapım imzalı "Ailə" serialı “Show” TV ekranlarında tamaşaçıların görüşünə hazırlaşır.
Treylerdə Serenay Sarıkaya və Kıvanç Tatlıtuğun səhnələri ilə yanaşı, serialın mövzusu da tamaşaçıların diqqətini çəkib.
“Ailə”də Nejat İşler, Canan Ergüder, Uşan Çakır, Umutcan Ütebay, Yüsra Geyik, Ece Simge Yurdatapan, Levent Ülgen, Emel Göksu və Nur Sürer kimi oyunçular da yer alıb.
Qeyd edək ki, serialın yayım tarixi dəqiqləşməyib.