Ru
10:45 / 09 Mart 2023

Kiyevdə partlayışlar: yaralılar var

1668
Martın 9-da Kiyevdə genişmiqyaslı hava həyəcanı zamanı partlayış səsləri eşidilib.

Bakupost.az UNİAN-a istinadla xəbər verir ki, Kiyevə hava hücumu yerli vaxtla gecə saat 00:58-də (Bakı vaxtı ilə 02:58) elan edilib. Raket və İran PUA-larının hücumu barədə məlumat verilib.

Səhər saat 04:26-da (Bakı vaxtı ilə 06:26) yerli Telegram kanalları hava hücumundan müdafiə sisteminin işlədiyi barədə məlumat verdi. Saat 05:51-də (Bakı vaxtı ilə 07:51) paytaxtda partlayış səsləri eşidiklib. Kiyevlilər partlayışların Troyeşina və Sol sahildə baş verdiyini bildiriblər.

Ukrayna KİV-də rusların paytaxta ballistik raketlər buraxdığı barədə xəbərlər yayılıb.

Kiyev meri Vitali Kliçko isə paytaxtın Qoloseyevski rayonunda partlayışlar olduğunu bildirib.

"Paytaxtın Qoloseyevski rayonunda partlayışlar baş verib. Bütün xidmətlər yoldadır. Təfərrüatlar barədə sonra məlumat veriləcək", - o yazıb.

Saat 06:58-də (Bakı vaxtı ilə 08:58) paytaxtda yenidən partlayış səsi eşidilib. Kiyevin Svyatoşinsk və Şevçenkovsk rayonlarının sakinləri azı üç partlayış səsi eşidiblər.

Səhər saat 07:14-də (Bakı vaxtı ilə 09:17) Kiyev meri Vitali Kliçko paytaxtda növbəti partlayış barədə məlumat verib.

"Svyatoşinsk rayonu. Bütün xidmətlər hadisə yerinə göndərilib. Yaşayış binalarından birinin həyətində avtomobillər yanır", - mer bildirib.

Daha sonra mer Svyatoşinsk rayonunda iki nəfərin xəsarət aldığı bildirilib. Həkimlərin hadisə yerində onlara yardım göstərdiyi bildirilir.

Yerli vaxtla saat 07:49-da (Bakı vaxtı ilə 09:49) Kiyevdə hava hücumu xəbərdarlığı başa çatıb.

Kliçko bildirib ki, Rusiyanın raket hücumundan sonra elektrik enerjisinin kəsilməsi səbəbindən paytaxtda istehlakçıların 40%-nin istiliksiz qalıb.

Qeyd edək ki, martın 9-na keçən gecə Ukraynanın bir sıra vilayətlərində partlayış səsləri eşidilib. İlkin məlumatlara görə, Odessa vilayətində və Xarkovda enerji obyektlərinə zərbələr endirilib.

Daha sonra Odessa Vilayət Hərbi Administrasiyası bildirib ki, Rusiyanın raket hücumu nəticəsində xəsarət alanlar yoxdur,, lakin qabaqlayıcı tədbir kimi şəhərdə elektrik enerjisi kəsilib.

Həmçinin bu gün Rusiyanın raket hücumu səbəbindən Ukraynada qatarlar gecikib.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər