Ru
17:28 / 02 Sentyabr 2022

Kollektivə divan tutur - İşdən çıxarılan direktor DANIŞDI

28083
Ötən gün Arif Məmmədov adına Göyçay Şəhər Uşaq Musiqi Məktəbində yaranan gərginlik hələ də səngiməyib.


Məsələ ilə bağlı sözügedən musiqi məktəbinin keçmiş direktoru Rövşən Zamanov Bakupost.az -a açıqlama verib.


O bildirib ki, məsələ yeni təyin olunan direktorun heç bir səbəb göstərmədən direktor müavinindən ərizə yazıb işdən çıxmasını tələb etməsi səbəbindən böyüyüb:



“65 yaşdan sonra 3 ildir müqavilə ilə fəaliyyət göstərirəm. Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov mənə bildirdi ki, qanunvericiliyə görə artıq direktor olaraq fəaliyyət göstərə bilməyəcəm. Yalnız məktəbdə müəllim kimi işləyə bilərəm. Mən də təbii ki, heç zaman dövlətin qanunlarına qarşı çıxmaram. Amma burda məsələnin böyüməsinib səbəbi başqadır. Birinci səbəb odur ki, məktəbdə yaranan vakansiya ilə bağlı müəllim heyətinə heç bir məlumat verilməyib. Qəfil kollec məzunu olan, bu günə kimi idarəçilik təcrübəsi olmayan bir şəxsi heç kimə məlumat vermədən direktor təyin ediblər.

İkinci səbəb isə yeni direktor təyin olunan xanımın özü ilə bir komanda gətirərək köhnə komanda ilə işləmək istəmədiyini bildirməsidir".


R. Zamanov vurğulayıb ki, yeni direktoru təqdim etdikdən sonra Regional Mədəniyyət İdarəsinin rəisi məktəbin tədris üzrə direktor müavini Afət müəlliməni çağırıraq, ondan ərizə yazıb işdən getməsini tələb edib. Bundan sonra vəziyyət çıxılmaz hal aldı. Açıq şəkildə bildirildi ki, yeni direktor özü ilə komanda gətirib, sizinlə işləmək istəmir. Afət xanımın 50 yaşı var və çox savadlı bir kadrdır. Haqlı olaraq etiraz etdi və kəskin şəkildə bildirdi ki, ərizəyə qol çəkməyəcək".


Keçmiş direktor onu da qeyd edib ki, qanunvericiliyə görə, orta ixtisas təhsilli bir şəxs böyük bir tədris ocağına direktor təyin oluna bilməz:


“Axı harda görülüb ki, Bakı Musiqi Akademiyasını bitirən, uzun illər idarəçi olaraq fəaliyyət göstərən savadlı kadr ola-ola, kollec məzunu olan, heç bir idarəçilik təcrübəsi olmayan birini heç kimə xəbərdarlıq etmədən, müsabiqə keçirilmədən gətirib direktor qoyalar. Qanunvericiliyə görə bu boyda musiqi məktəbinə orta ixtisas təhsilli bir şəxs direktor təyin oluna bilməz. Burda söhbət mənim heç bir xəbərdarlıq olunmadan vəzifəmdən azad olunmağımdan getmir. Söhbət ondan gedir ki, hazırda Göyçay musiqi məktəbində qanunverciliyə zidd bir addım atılıb və məktəbin ali savadlı müəllim heyəti də haqlı olaraq buna etiraz edir. Məsələ hələ də gərgin vəziyyətdə qalmaqda davam edir”.



Xatırladaq ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov uzun illər Arif Məmmədov adına Göyçay rayon Uşaq Musiqi Məktəbinə rəhbərlik edən Rövşən Zamanovu işdən azad edərək, onun yerinə Ağdaş musiqi məktəbində nəzəriyyə müəllimi kimi fəaliyyət göstərən Günay Hacıyevanı direktor təyin edib. Musiqi məktəbinin kollektivi toplaşaraq yeni təyinata etiraz edib.


Qeyd edək ki, Rövşən Zamanov Xalq artisti, professor Ramiz Quliyevin tələbəsi olub. Hələ gənc yaşlarında Şövkət Ələkbərova, Yaqub Məmmədov kimi böyük sənətkarları müşaiyət edib. O uzun illərdir Arif Məmmədov adına Göyçay Şəhər Uşaq Musiqi Məktəbində direktor olaraq fəaliyyət göstərib.


Günel
BakuPost
Şərhlər
  • Bəhi

    Yenə münaqişə? Bir tərəfdən SSRİnin buraxılması arzulanan müstəqilliyi veribsə, nədən bir daha ümumən kollektiv və ətraf adından danışılır. Təcrübəli direktor rəsmən 65 yaşına görə vəzifəsindən azad edilib! O, yeni gənclə ikisi direktor işini daha rahar aparacaqdılar? Ölkəmizdə deputatdan tutmuş Dəqiq Elmi-texniki müəssisələrə və Universitet müəllimlərinə qədər eyni saatda iki-üç yerdə çalışan vəzifə-kreslo sahibləri az deyildi? Eyni vəzifənin-işin iki nəfər tərəfindən aparılması da yeni islahat modelidir. Görünür, gənc direktor real gələcəyi görüb qısqanıb? Çox yerdə olduğu kimi Direktor de fakto öz səlahiyyətində qalacaq, Müavin Afət xanım da öz səlahiyyətində və rəsmi direktor Hacıyevaya operativ katibəlik qalacaq? Yaqub Məmmədov və Şövkət Ələkbərovanın ruhlarına, ustalıqlarına ehtiramla qeyd etməliyəm ki, yaradıcı-qurucular bir, icraçılar isə digər insan qruplarına aiddir! V.V.Putin neçə illərdir birbaşa fərman və göstəriş verən dünyəvi liderdir. Ancaq, O, sanki zərurət kəsb edən deyil, digərlərinin tövsiyələrini icra edir? Haqlı-ədalətli Azərbaycan 35 ildir əsassız iddia və anti-konstitusion cinayətləri belə üstələyə bilmir? Nədən? Ona görə ki, daimi-operativ icraçı yoxdur?

  • t.ədalət

    YAP-çı kadrların təbiəti belədir.Onlar bütün sahədə özlərini despot kimi aparırlar.Bu da,ondan irəli gəlir ki,onlar vəzifəyə görə verdikləri pulu qazanmaq üçün bitrinci "köhnə işçiləri" çıxarıb yerinə əli cibində olanları təyin edirlər.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər