Xalq artisti Könül Xasıyeva daha bir jurnalisti, “Olay.az” saytının əməkdaşı Pərviz Hüseyndən polisə şikayət edib.
Lakin P. Hüseyn bu xəbəri təkzib edib və polisə belə bir məlumat vermədiyini deyib. Onun sözlərinə görə, polis ona zəng edib idarəyə dəvət edib, o isə rəsmi dəvət istəyib: “Bizim danışıqlarımızın səs yazısı var, mən Günel Musanın və
“Bakupost”un adını çəkməmişəm”.
Ötən gün Bakı Şəhər Baş Polis İdarəsinə gələn Xalq artisti bildirib ki,
Bakupost.az –a verdiyi müsahibə ilə bağlı heç bir narazılığı, şikayəti yoxdur.
K.Xasıyevanın şikayəti yalnız Zaur Kamal və Pərviz Hüseyndəndir.
Elnur
BakuPost