Ru
17:24 / 12 May 2026

Körfəzdə yeni müharibə ehtimalı: Tramp nəyə hazırlaşır?

Körfəzdə yeni müharibə ehtimalı: Tramp nəyə hazırlaşır?
Eye

İran ətrafında müəmmalar bitmək bilmir.

ABŞ prezidenti Donald Tramp İrana qarşı tammiqyaslı hərbi əməliyyatı yenidən başlamağı düşünür.

Bakupost.az xəbər verir ki, belə bir iddia ilə CNN telekanalı çıxış edib.

Məlumata görə, Tramp Hörmüz boğazının bağlı qalmasının davam etməsi, eləcə də İranın Vaşinqtona əhəmiyyətli güzəştlər etməkdən imtina etməsi ilə bağlı getdikcə səbrini itirir. Bütün bunların fonunda isə hərbi əməliyyatların yenidən alovlana biləcəyi də istisna edilmir.
Siyasi şərhçi Samir Hümbətov Bakupost.az-a bildirib ki, Amerikanın İranla bağlı mövqeyi dəyişmədiyindən müharibənin yenidən alovlanması da qaçılmazdır:

“Donald Tramp ölkə daxilində itirilən nüfuzunu bərpa etməyə çalışır. Eyni zamanda, o, İranın Yaxın Şərqdə artan mövqeyini də sındırmaq istəyir. Tehran isə Hörmüz boğazına nəzarəti tam olaraq öz əlinə keçirməkdə israrlıdır”.

Ekspert qeyd edir ki, İranın bölgədə möhkəmlənməsi Amerikanın planlarına tərs-mütənasibdir:

“Belə davam edəcəyi təqdirdə və İran Fars körfəzində nəzarəti öz əlinə keçirə bilsə, bu vəziyyət ABŞ-nin siyasətinə ciddi şəkildə mənfi təsir göstərəcək. Nəticədə Amerikanın müttəfiqləri də ondan tam olaraq üz döndərə bilərlər. Bütün bunlar isə ABŞ-yə sərf etmir. Ona görə də Trampın yenidən müharibəyə başlamaq ehtimalı böyükdür. İranın sıradan çıxarılması Tramp adminstrasiyasının əsas hədəfi olaraq qalmaqdadır”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar