Ru
11:48 / 08 Oktyabr 2022

Krım körpüsü partladıldı - Yenilənib-VİDEO

14298

***

11:48


Krım körpüsündə dizel yanacağı ilə hərəkət edən qatarda baş verən yanğın söndürülüb.


Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.



"Krım körpüsündə dizel yanacağı olan dəmir yolu qatarındakı yanğın söndürülüb, hazırda açıq yanma yoxdur. Söndürmə işlərinə 250 nəfər, 70 texnika cəlb olunub", - deyə FHN-dən bildirilib.



***

09:48


Krımda körpüdə yanğın baş verib.


Bakupost.az -ın TASS-a istinadən verdiyi xəbərə görə, yanğına səbəb yanacaq dolu çənin alışması olub.


Yanğın yük qatarının sonuncu vaqonlarından birində baş verib. Yanğının səbəbi araşdırılır.

Körpüdə avtomobil və qatarların hərəkəti dayandırılıb. Körfəzdə nəqliyyat əlaqəsinin bərə vasitəsilə bərpa edilməsi nəzərdə tutulur.

Qeyd olunur ki, körpüdə gəmilərin keçməsi üçün nəzərdə tutulmuş tağ zədələnməyib.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər