Ru
17:22 / 13 Avqust 2024

Küçədə iti baltaladı - DİN-dən açıqlama - VİDEO

Küçədə iti baltaladı - DİN-dən açıqlama -  VİDEO
Eye

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Dsk yolu” adlanan ərazidə naməlum şəxs balta ilə itə ağır zərbələr endirib.

Hadisəni əks etdirən görüntüləri Baku.ws yayıb.

Bildirilib ki, bu gün günorta saatlarında əlində balta olan şəxs ətrafdakılara məhəl qoymadan itə vəhşicəsinə işgəncə verib: “Küçədə uşaqlar var idi, o isə heç kimə məhəl qoymadan itə xəsarətlər yetirdi”.

Mövzu ilə bağlı DİN-in Mətbuat xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov bildirib ki, görüntü araşdırılır: “Görüntülərdən məlumatlıyıq, həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar