Ru
15:34 / 04 İyul 2025

Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı

Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
Eye

Bakıda küçədə soyunan şəxs həbs edilib.

Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü F.G. adlı şəxs həmin küçədə yoldan keçən qadınların qarşısında soyunaraq, cinsiyyət orqanını nümayiş etdirib. Bir qrup qadının şikayəti əsasında saxlanılan F.G. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib.

Məhkəmənin qərarı ilə F.G. barəsində 12 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar