Ru
17:30 / 09 Fevral 2024

Kütləvi məzarlıqlar niyə qlobal "yeraltı xəritədə" qeydə alınmır? - Açıqlama

5550
“Hər dəfə məhkəmədənkənar cəzaya məruz qalaraq ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilərək kütləvi dəfn edilən insanlarımızın qalıqları tapılır. Reportajlar hazırlanır, müzakirələr açılır. Amma qlobal "yeraltı xəritədə" bu kütləvi məzar yerləri qeydə alınmır. Çünki BMT-nin “Qanunsuz, özbaşına və kütləvi cəzaların effektiv təhqiqatı və qarşısının alınması haqqında Prinsiplər” üzrə Minnesota Protokolunun şərtlərinə əməl olunmur və prosedurlar icra edilmir”.



Bunu Bakupost.az -a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov bildirib.

O qeyd edib ki, protokolun müvafiq fəsli “Dəfn yerində qazıntı işlərinin təfsilatlı prinsipləri” adlanır. Bu fəsildə məhkəmədənkənar cəzalar nəticəsində qətlə yetirilmiş şəxslərin dəfn olunduğu yerdə qazıntı, ekskumasiya işlərinin aparılması qaydaları müəyyən edilir. Orada həmçinin cəsədlərin autopsiya prosesinə dair təfsilatlı prinsiplər müəyyən edilib:

“Prinsiplərə görə , məhkəmədənkənar cəza verilməsi yolu ilə qətlə yetirilənlərlə bağlı təhqiqat operativ, effektiv və hərtərəfli, müstəqil və qərəzsiz, şəffaf şəkildə həyata keçirilməlidir. Prosesə aidiyyatı olan beynəlxalq qurumların mütəxəssisləri cəlb edilməlidir. Prosesin düzgün, qaydalara uyğun şəkildə həyata keçirilməsi vacibdir”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər