Ru
15:58 / 27 Dekabr 2022

Laçın dəhlizində böhranın bir həlli yolu var - Politoloq

24690
Beynəlxalq təzyiqlərə baxmayaraq, Laçın yolunda aksiya davam edəcək.

Bunu BakuPost.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.

Onun sözlərinə görə, hazırda Laçın dəhlizi ilə bağlı böhranlı vəziyyət müşahidə olunur:

"Bu vəziyyətin aradan qaldırılması üçün Rusiya sülhməramlıları müəyyən addımlar atmalıdır. Düşünürəm ki, Sankt-Peterburqda bununla bağlı fikir mübadiləsi aparılıb. Problemin həllinin bir yolu var: Azərbaycannın monitorinq qrupu qızıl yataqlarına buraxılmalı və orada monitorinq aparmalıdır. Ərazidə qanunsuz istismara son qoyulmalı, Azərbaycana məxsus xammal Ermənistana aparılmamalıdır. Azərbaycan bu məqsədə hansı yolla nail olacaq, bunu zaman göstərəcək. Bütün hallarda Rusiya sülhməramlıları ilə bu məsələ çözülməlidir. Çünki ərazi onların nəzarətindədir və orada baş verənlərə görə sülhməramlılar cavabdehlik daşıyır".

Əfsanə Rəcəb,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər