Ru
22:35 / 23 Dekabr 2022

Laçın yolunda aksiyalarımız davam edir - FOTO

Laçın yolunda aksiyalarımız davam edir -  FOTO
Eye

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirir.


Bakupost.az xəbər verir ki, aksiya baş tutan ərazidə tonqallar qalanıb. Havanın şaxtalı olmağına baxmayaraq eko-fəallar aksiyanı bu gecə də davam etdirəcəklərini bildiriblər.


Qeyd edək ki, etirazçılar tələb edirlər ki, Rusiya sülhməramlılarının olduğu bütün postlarda xidmət Azərbaycanın aidiyyəti dövlət qurumları ilə birgə təşkil edilməli, təbii sərvətlərin qanunsuz daşınması və istismarına son qoyulmalıdır.

Aksiya dekabrın 12-dən davam edir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar