Xəbər verdiyimiz kimi, bu gün Laçın rayonunda hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu həlak olub.
Bakupost.az -ın məlumatına görə, onlardan biri Xaçmaz rayonu Sayad kənd sakini əsgər Axundov Səxavət Fərasət oğlu, digəri Gəncə sakini gizir İsmayılov Həsən Ümid oğludur.
Qeyd edək ki, həlak olan hərbçilərə şəhid statusu veriləcək.
Hərbçilərimizin fotosunu təqdim edirik:
Axundov Səxavət Fərasət oğlu
İsmayılov Həsən Ümid oğlu