Ru
22:22 / 16 İyul 2025

Laçındakı meşədə yanğını ilə bağlı FHN-dən açıqlama

Laçındakı meşədə yanğını ilə bağlı FHN-dən açıqlama
Eye

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakupost.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.


Bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

***

21:44

İşğaldan azad edilən Laçın rayonu ərazisində yanğın başlayıb.


Bakupost.az Oxu.az-a xəbər verir ki, yanğın rayonun Bəylik kəndi istiqamətində qeydə alınıb.

Qeyd olunur ki, yanğın meşə sahəsinə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb ediliblər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar