Nikol Paşinyanın bugünkü mətbuat konfansından hansı nəticələr çıxarmaq olar? Birincisi, Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasından əvvəl onu paraflamaq istəyir. O, bunu gələn il parlament seçkisinə qədər imzalamaq istəyir ki, ölkə daxilində və xaricində mövqelərini möhkəmlətsin. İkincisi, Ermənistan hökuməti Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməyə hazırlaşır. Paşinyan mətbuat konfransında söylədikləri vasitəsilə Kremlə mesaj göndərib ki, İrəvanın qərarı qətidir və geri dönüşü olmayacaq. Üçüncüsü, Nikol Paşinyan Zəngəzur dəhlizini ABŞ və ya Avropa şirkətlərindən birinə icarəyə verməyə hazırdır. Halbuki hələ dünən Ermənistan Xarici İşlər Nazirliyi bunu inkar edən bəyanat yaymışdı.
Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan Baş naziri Nikol paşinyanın bugünkü mətbuat konfransı ilə bağlı qeyd edib.
“Beləliklə, Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını uzaq gələcəyə saxlamaq istəmir. Buna baxmayaraq, Paşinyan sülh sazişinin imzalanması üçün zəruri olan Konstitusiya dəyişikliyini sürətləndirmək niyyətində də deyil. Prinsip etibarilə biz də sülh sazişinin imzalanmasına tələsmirik. Əgər Paşinyanın söylədiyi kimi, yeni Konstitusiyanın mətnini Ermənistanda parlament seçkisindən sonra referenduma çıxaracaqlarsa, bu, təxminən 10 aylıq müddət deməkdir. Yəni çox da gözləmək lazım gəlməyəcək. Paşinyan Zəngəzur dəhlizini ABŞ və Avropa şitkərlərindən birinə icarəyə vermək istəyirsə, bu qərarını sürətləndirməlidir. Çünki bu qərardan sonra hələ dəmir yolunu bərpa etmək lazım gələcək. Buna da vaxt lazımdır”, - o bildirib.
Asena,
BakuPost