Ru
22:48 / 16 İyul 2025

MMA döyüşçüsünə atəş açanlar saxlanıldılar

MMA döyüşçüsünə atəş açanlar saxlanıldılar
Eye

Dağıstanın Mahaçqala şəhərində rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə hücum edən iki şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakupost.az xəbər verir ki, bunu TASS-a Dağıstanın idman naziri Sacid Sacidov deyib.

Bildirilir ki, baş vermiş fakt üzrə sağlamlığa ağır zərərvurma barəsində cinayət işi qaldırılıb.

Qeyd edək ki, iyulun 16-da iki naməlum şəxs Xizriyevə hücum edərək ona travmatik tapançadan atəş açıb. İdmançı xəstəxanaya yerləşdirilib.

Hücuma səbəb kimi onun avtomobillə bağlı borcu göstərilir. Zərərçəkmiş pulu qaytaracağına söz verib, lakin sonradan avtomobil sahibi bunun çox vaxt aparacağına qərar verib. Danışıq cəhdləri nəticəsiz qalıb, bundan sonra idmançı hücuma məruz qalıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar