Rusiyada müharibəyə məcburi aparılan azərbaycanlılar hara müraciət etsin? - Video
209
Rusiyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlıların bir qismi Rusiya-Ukrayna müharibəsinə müxtəlif yollarla cəlb olunur. Kimsə maaş və vəd edilən güzəştlər üçün, kimisi isə sadəcə zor tətbiq edilməklə, hədələnməklə və deportasiya riski ilə üz-üzə qaldığı üçün razılaşır. Onlardan bəziləri artıq geri dönməyib, ölüm xəbərləri yayılıb, yaxınlarına cənazələri verilib.
Bakupost.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Rusiya tərəfindən Ukraynada döyüşən və öldürülənlərdən biri də Zərdab sakinidir.
Rayonun Məlikli kənd sakini Fəxri Hacıyev 52 yaşında döyüş meydanına aparılıb. O, hərbi əməliyyat zamanı döyüşdə ölüb. Mərhumun qardaşı Ziyəddin Hacıyev isə bildirir ki, qardaşı ani vəziyyətdə hərbiyə cəlb edilib. Nə baş verdiyini heç özləri də tam anlaya bilməyiblər. O, qardaşının zorla döyüşlərə cəlb edildiyini ehtimal edir.
Rusiyada çətin vəziyyətdə yaşayan və müharibəyə göndərilən azərbaycanlılar çox vaxt bu cür kömək çağırışları edirlər. Aidiyyəti qurumlar da bildirir ki, belə hallarla üzləşən şəxslər dərhal ölkəmizin diplomatik nümayəndəliyinə, aidiyəti qurumlara məlumat verməlidir. Həmçinin bu prosesləri ictimailəşdirməlidirlər.
Qeyd edək ki, məhz aidiyəti qurumlara vaxtında məlumat verilməsi nəticəsində təzyiqlə hərbi təlimlərə cəlb olunan azərbaycanlılar arasında geri qayıdanlar da var. Belə ki, Çeçenistanda saxlanılan və Ukraynaya göndəriləcək 3 Azərbaycan vətəndaşı, Azərbaycan XİN-in vaxtında müdaxiləsi ilə ölkəyə gətirilib.