Ru
12:14 / 13 May 2024

Lənkərandakı zəlzələ Qarabağda da hiss olunub

1267
"Mayın 11-də Lənkəranda saat 17:21-də baş verən maqnitudası 5.3 bal olan zəlzələnin dərinliyi 20 kilometr olduğu üçün ətraf ərazilərdə, hətta Qarabağda 3 baladək hiss olunub".

Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.


O bildirib ki, sonra xırda təkanlar olub: "Afterşoklar içərisində ən böyüyün maqnitudası 4.4 bal oldu və hiss edildi. Çox güclü, dağıdıcı deyildi. Asta-asta enerji boşalması getdi. Hazırda sakitlikdir. Orta gücdə olan zəlzələ idi. Episentrdə 6 bal olması nəticəsində çay daşları ilə keyfiyyətsiz tikilən bəzi evlərdə çatlar qeydə alındı”.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər