Ru
14:42 / 15 Oktyabr 2022

Bakı-Qazax yolundakı hərəkət tam bərpa olundu - Yenilənib-VİDEO

16977

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində avtomagistral yolda nəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib.


Bu barədə Bakupost.az -a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.


Hadisə ilə əlaqədar fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov və Nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədir.


Ümumilikdə FHN-in Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin 18 texnika, 21 motopompa və 116 nəfərdən ibarət şəxsi heyəti suçəkmə və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işlərinə cəlb olunub.


***

10:45



Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.


DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir:


"Bütün zəruri tədbirlər diqqətə saxlanılmaqla hərəkət iştirakçılarının - avtomobillərin təhlükəsiz keçidi təmin olunur".



***


Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.


Fövqəladə Hallar Nazirliyindən Bakupost.az -a bildirilib ki, nazirliyin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.


***

09:26


Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün tədbirlər görülür.


Bu barədə Bakupost.az -a “Azərsu” ASC-dən məlumat verilib.


Bildirilib ki, Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi," Azərsu" ASC birlikdə tədbirlər görür.


***

09:08


Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində avtomobil yolunu su basıb.


Bakupost.az  xəbər verir ki, subasma nəticəsində nəqliyyatın hərəkəti çətinləşib.


Hazırda yol polisi əməkdaşları tıxacın aradan qaldlrıması üzrə işlər görürlər.



Şərhlər
  • t.ədalət

    Magistiral su kəmərində baş verən qəza ilə əlaqədar belə geniş yazılar verilməsi təhlükəsizliyimizi pozmaq üçün düşmənə ipucu verir.Belə yazıları bir sətirdə,həm də sadə şəkildə vermək olar.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər