Ru
11:15 / 09 Mart 2023

Lvova raket hücumu: yaşayış evləri vuruldu, ölənlər var - FOTO

1474
Rusiya ordusu Lvov vilayətində yaşayış məntəqəsini vurub, nəticədə 4 nəfər həlak olub.

Bakupost.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Lvov Vilayət Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski Telegram-da məlumat verib.

"Zoloçiv rayonunda düşmən raketi yaşayış məntəqəsinə düşüb. Yanğın baş verib və artıq söndürülüb", - Kozitski qeyd edib.

Hazırda dörd nəfərin öldüyü məlumdur.

"Onlar hamısı böyüklərdir. İki kişi və iki qadın. Raket düşən zaman onlar evdə olublar. Dağıntılar hələ də təmizlənir. Onların altında başqa insanlar da ola bilər", - Kozitski əlavə edib.

Yanğın, həmçinin üç yaşayış binasını, üç avtomobili, bir qarajı və bir neçə yardımçı tikilini məhv edib.

Qeyd edək ki, ötən gecədən başlayaraq səhər saatlarınadək ruslar Ukraynanın bir sıra bölgələrinə, xüsusən də Kiyev, Xarkov və Dnepropetrovsk və Odessaya raket zərbələri endirib.



Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər